Fevralın 11-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104002776 ISIN-li, 10 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 92.6302 AZN (7.9999 faiz) və 96.5435 AZN (3.5999 faiz) olan 19 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 96.1745 AZN (3.9995 faiz), orta ölçülmüş qiyməti 96.2092 AZN (3.9618 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 45 milyon 763 min 900 AZN, yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib. İstiqrazlar gələn il fevralın 9-da ödəniləcək.