London Fond Birjası (LSE) şirkətlər, banklar və investorları xəbərlər, məlumatlar və analitik informasiyalarla təmin edən “Refinitiv”i 27 milyard dollara alıb.

AZƏRTAC LSE-yə istinadla xəbər verir ki, London Fond Birjası “Refinitiv”i borcları da daxil olmaqla 22 milyard funt sterlinqə (27 milyard dollara) alıb.

“Bu, satınalma London Fond Birjasının strateji əhəmiyyəti üçün dönüş nöqtəsidir”, – deyə LSE-nin rəhbəri Don Robert bildirib.

Xatırladaq ki, “Blackstone Group” keçən il “Thomson Reuters”in maliyyə və risk bölməsini (55 faizlik payı) 20 milyard dollara almış və adını “Refinitiv” olaraq dəyişmişdi.