ABŞ-da istehlakçı qiymətləri İyun ayında çox dəyişməyərək inflyasiyanın Fed-in hədəfinə gözləniləndən daha uzun müddətdə çatacağına işarə edib. İnflyasiya sürətlənmədiyi üçün Fed faiz artırmaqda tələsməyəcəkdir, bu da dolları ucuzlaşdırır.

Marja” xəbər verir ki,  ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, inflyasiya İyunda aylıq dəyişməyib, illik müqayisədə 1.6% artıb. İllik artım Oktyabrdan bəri görülən ən aşağı artım olub. İnflyasiya keçən ay illik1.9% artmışdı.

Proqnoz aylıq 0.1%, illik 1.7% artım olacağı istiqamətində idi. Baza inflyasiya aylıq 0.1% ilə 0.2%-lik proqnozdan qaldı. İllik müqayisədə isə %1.7 artıb.

Məlumatın açıqlanmasında sonra Dollar ucuzlaşıb. Bakı vaxtı ilə saat 16:50-yə olan məlumata görə, Avro/Dollar məzənnəsi yenidən 1.1455 səviyyəsinə qalxıb.

PƏRAKƏNDƏ SATIŞLAR DA AZALIB

ABŞ-da pərakəndə satışlar İyun ayında sürpriz şəkildə geriləyib. Ticarət Nazirliyinin məlumatlarına görə, İyunda pərakəndə satışlar 0.2% azalıb.
Gözlənti 0.1% artım olacağı istiqamətində idi. Avtomobil xaric pərakəndə satışlar bu dövrdə gözlənildiyi kimi 0.2% azalıb.
Proqnozdan aşağı qalan pərakəndə satışlar, istehlakçıların iqtisadiyyata yalnız mülayim töhfə verdiyini göstərib. Göstəricilər, ABŞ-da əhalinin 2-ci rübdə iqtisadiyyata çox kömək etməyəcəyinə işarə edir.