ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq İyunda proqnozu aşdı


ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq İyunda bütün proqnozlardan yüksək reallaşıb. Əmək Nazirliyinin məlumatlarına görə, kənd təsərrüfatı xaric məşğulluq 224 min artıb, işsizlik nisbəti 3.7% olub.
“Marja” xəbər verir ki, proqnoz məşğulluğun İyunda 160 min artacağı, işsizliyin 3.6% olacağı istiqamətində idi.
Orta saatlıq maaş aylıq 0.2%, illik 3.1% artaraq proqnozdan aşağı olub. Proqnozlar aylıq 0.3% illik 3.2% idi.
Proqnozlardan güclü məşğulluq məlumatı Fed-in İyulda faiz endirəcəyi ehtimalını azalda bilər.

 

Məlumatlar açıqlandıqdan sonra Dollar bahalaşıb. Avro/Dollar məzənnəsi 0,4% düşərək 1.1240 səviyyəsinə geriləyib (saat 16:40-a olan məlumat).

Məşğulluq artımı ABŞ əmək bazarının sağlam qalmağa davam etdiyini göstərir. ABŞ-Çin ticarət gərginliyi və hədəfdən (2%) aşağı olan inflyasiyaya baxmayaraq iqtisadi inkişaf güclü qalır. Təxminlərdən güclü məşğulluq göstəricisi Fed-ə ünvanlanmış faiz endirimi çağırışlarını azalda bilər.

 

Bu gün ABŞ-da açıqlanan məşğulluq göstəriciləri Fed-in İyul ayındakı faiz qərarı üçün kritik əhəmiyyətdədir.