“Bitcoin”nin məzənnəsi son 24 saatda 0,80% ucuzlaşaraq 3 566 ABŞ dolları olub.

Nəticədə kriptovalyutanın bazar dəyəri 62,386 mlrd. dollar təşkil edib. İlk yüzlükdə qərar tutan kriptovalyutaların 68%-i dəyərdən düşüb. Rəqəmsal valyuta bazarının toplam həcmi 119,040 mlrd. dollar təşkil edib.

“Ripple”ın məzənnəsi 1,30% azalaraq 0,317 dollar olub. Altkoinin bazar dəyəri 13,018 milyard dollar həddində qərarlaşıb. “Ethereum” son sutkada 0,25% dəyər itirməklə 117 dolların altında mübadilə edilir. Bu kriptopulun kapitallaşması 12,257 milyard dollara düşüb.

İlk onluqda yeganə dəyər qazanan altkoin “TRON” olub.

@fins.az