“Coinbase” kriptovalyuta birjasına haker hücumu olub.
Trend-in məlumatına görə, birja hücumu tez bir zamanda dəf edə bildiklərini açıqlayıb.
Bəzi əməkdaşların giriş məlumatları hakerlər tərəfindən ələ keçirilməyə cəhd olunsa da, onların istifadəçi hesablarına daxil olmaq mümkün olmayıb.
“Coinbase” tərəfindən verilən açıqlamada naməlum kiber hücumçuların fişinq üsulu ilə bəzi işçilərə SMS göndərdikləri və hesablarına daxil olmalarını istədikləri bildirilib.
Ciddi bir hücumdan son anda xilas olan “Coinbase” səlahiyyətliləri, hücumda istifadə edilən üsulun keçən il “Cloudflare”a hücum edən hakerlərin metodu ilə eyni olduğunu bildirərək lazımı sənədləri hüquq-mühafizə orqanlarına təqdim etdiklərini açıqlayıblar.