Yanvarın 16-da Milli Depozit Mərkəzi (MDM) tərəfindən korporativ istiqrazlar üzrə ödənişlər həyata keçirilib.

MDM-dan AZƏRTAC-a bildirilib ki, “TBC Kredit” BOKT MMC üzrə kupon ödənişi 60 min manat, “İnternational” BOKT QSC üzrə kupon ödənişi isə 23 min 340 manat təşkil edib.