Koreya Mərkəzi Bankı faizi 25 bənd endirdi


Cənubi Koreya Mərkəzi Bankı qlobal iqtisadi yavaşlamanın inflyasiyaya və ixraca təzyiq yaratması ilə əlaqədar olaraq bu il ikinci dəfə faiz endiriminə gedib.

 

“Marja” xəbər verir ki, Koreya Mərkəzi Bankı faizi 25 bənd aşağı salaraq 1.50%-dən 1.25% səviyyəsinə endirib.

 

Koreya Mərkəzi Bankının faiz endirməsi ölkədə iqtisadi inkişafın nəzərdə tutulduğundan ləng baş verdiyinə işarədir.

Koreya Mərkəzi Bankı bu qərarla faizi rekord aşağı səviyyəyə endirib.

 

Bank tərəfindən verilən açıqlamada, iqtisadi inkişafın İyul ayında təxmin edilən 2.2% səviyyəsində reallaşacağı qeyd olunub.

Koreya Mərkəzi Bankının sədri Li Ju-yeol yeni proqnozlar hazırlamaqdan öncə gələn həftə açıqlanacaq üçüncü rüb göstəricilərini görmək istədiyini söyləyib.