Keçmiş Fed sədri Janet Yellen, bu həftə keçiriləcək ABŞ Mərkəzi Bankının Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasında faizin 25 bənd aşağı salınması qərarını dəstəklədiyini deyib.
“Marja” xəbər verir ki, keçmiş sədr buna səbəb kimi səngiyən qlobal artımı və aşağı inflyasiyanı göstərib.
Yellen 31 İyuldakı iclasda mümkün faiz endirimini yeni yumuşaq pul siyasəti dövrünün başlanğıcı kimi görmədiyini qeyd edib.
Yellen, ABŞ iqtisadiyyatının güclü əmək bazarı ilə birlikdə yaxşı getdiyini, ancaq inflyasiyanın çox aşağı olduğunu və 2 faiz olan hədəfdən aşağı qaldığını vurğulayıb.

 

Fed faiz qərarını 31 İyul, Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Faizin 2,50%-dən 2,25%-ə endirələcəyi gözlənilir. 22:30-da isə Fed sədrinin mətbaut konfransı başlayacaq.