Bu il mayın 16-da “Kapital Menecment İnvestisiya Şirkəti” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

 

“APA-Economics”in məlumatına görə, iclasda Cəmiyyətin adının dəyişdirilməsi, nizamnamə kapitalının artırılması, şirkətin nizamnaməsinin yeni redaksiyada təsdiqi məsələsi müzakirə ediləcək.

 

Bundan başqa, yığıncaqda Cəmiyyətin illik hesabatın və mühasibat balansının təsdiq edilməsi və digər məsələlərə baxılacaq.