İtaliya hökuməti aprel ayında “Eni” neft-qaz şirkətinin səhmlərinin 4 faizinin satışını nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin şirkətə yaxın mənbələrdən aldığı məlumata görə, səhm satışında məqsəd “Eni”nin borc yükünü azaltmaqdır. Satışdan təxminən 2 milyard avro gəlir gözlənilir.
İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi bu barədə şərh verməyib. Nazirlik “Eni” şirkətində 4,7 faizlik paya malikdir.
Qeyd edək ki, İtaliyanın iqtisadiyyat və maliyyə naziri Ciankarlo Ciorcetti Davosda keçirilən 54-cü Dünya İqtisadi Forumu çərçivəsində bəzi səhmlərin xarici fondlar vasitəsilə satışına dair danışılar aparıb.