“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, da bildirilir ki, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və faiz gəlirləriləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 8-ci faiz ödənişi 1 noyabr 2023-cü il tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
Bakı Fond Birjasında yerləşdirildiyi 2 illik müddət ərzində ən çox investisiya edilən korporativ qiymətli kağıza çevrilənmiş SOCAR İstiqrazları səkkizinci 8-ci kupon ödənişi nəticəsində sahiblərinə 1 milyon 125 min ABŞ dolları gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 9 milyon ABŞ dollarına yüksəlib. (5 ilin yekununda toplam gəlir 22,5 milyon ABŞ dolları təşkil edəcəkdir.)
Təkrar bazar əməliyyatları həcminin 40 milyon ABŞ dollarına çatması, bağlanmış əqd sayının 600-ə yüksəlməsi və ən çox ticarət olunan korporativ maliyyə aləti statusunu davam etdirməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycanda qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1000 ABŞ dolları) aşağı düşməyib.
SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 1 fevral 2024-cü il tarixində baş tutacaq.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və socarcapital.az, socaristiqraz.az veb-saytlarına müraciət edə bilərsiniz.
Xatırlatmaq Qeyd istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1-5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və rəsmi veb-saytlardan əldə edilə bilər.