İranın İsrailə pilotsuz təyyarə və raket zərbələrinə baxmayaraq indiyə qədər dollar, İsveçrə frankı və yapon yeni kimi təhlükəsiz valyutalara tələbat olmayıb, lakin vəziyyət gərginləşərsə, bu, sürətlə dəyişə bilər.

Banker.az xəbər verir ki, bunu “MUFG Research”in qlobal bazarlar üzrə tədqiqat rəhbəri Derek Halpenni Wall Street Jurnal-a deyib.

“Hələlik Yaxın Şərqdə geosiyasi gərginliyin qarşısını almaq ümidi maliyyə bazarında hərəkətlərinə təsir edir”.

O bildirib ki, hərçənd İsrail hərəkətə keçərsə, İranın daha aqressiv cavab verəcəyi vədini verdiyi halda, İsrail aqressiv şəkildə cavab tədbiri olarsa, bu, tez dəyişə bilər.

Halpenni deyir ki, vəziyyətlə bağlı qeyri-müəyyənlik, İsrailin daha böyük reaksiyası olana qədər ən azı risk iştahı qalacaq.

Qeyd edək ki, son günlər ABŞ Federal Ehtiyat Sisteminin mart üzrə inflyasiyanın yüksəlməsi fonunda faiz endirimini bir qədər  gecikdirəcəyi ilə bağlı proqnozları artırıb. Dolların əsas rəqibi avroda isə vəziyyət bir qədər fərqli olması və Avropa Mərkəzi Bankının faiz endirimi ilə bağlı daha qətiyyətli görünməsi avro/dolları son beş ayın minimumuna endirib. 1 avro aprelin əvvəli 1.085 dollar olduğu halda, ilk iki həftənin sonuna 1.065 dollara düşüb.