İyulun 20-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zamanət Fondu” ASC–nin AZ2046008689 ISIN-li, 25 milyon manat həcmində, 7200 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən AZƏRTAC-a bildirilib ki, sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 milyon manat olub. İstiqrazlar 2040-cı il aprelin 6-da ödəniləcək.