İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.

Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, fevralın 25-dən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 793.49 AZN-dir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 793.49 AZN məbləği əsasında hesablanacaq.

BFB-də AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 793.49 AZN olması nəzərə alınmalıdır.