Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin (investisiya şirkətlərinin) 2019-cu il yanvar-avqust ayları üzrə dövriyyələri açıqlanıb.

Birjadan  daxil olmuş məlumata görə, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 6 milyard 309 milyon 855 min manat dövriyyə ilə 1-ci, “AzFinance İnvestisiya Şirkəti” QSC 2 milyard 357 milyon 547 min manat dövriyyə ilə 2-ci, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC 1 milyard 333 milyon 977 min manat dövriyyə ilə 3-cü,  “İnvest-Az İnvestisiya Şirkəti” QSC 1 milyard 70 milyon 571 min manat dövriyyə ilə 4-cü, “Unicapital İnvestisiya Şirkəti” ASC 480 milyon 148 min manat dövriyyə ilə 5-ci, “PSG Kapital İnvestisiya Şirkəti” QSC  328 milyon 129 min manat dövriyyə ilə 6-cı, “BTB Kapital İnvestisiya Şirkəti” ASC 125 milyon 227 min manat dövriyyə ilə 4-cü yerdə olub.

@Marja