İngiltərə Mərkəzi Bankı (BoE) sürpriz bir şəkildə faizi 0,50 bənd endirib.


 

İngiltərə Mərkəzi Bankı (BoE) sürpriz bir şəkildə 0,50 bənd faiz endirərək koronavirusla mübarizə üçün pul siyasəti addımı atan qlobal mərkəzi banklar siyahısına əlavə olundu.

 

Marja xəbər verir ki, BoE çərşənbə günkü xüsusi yığıncağında yekdilliklə faizini 0.25% səviyyəsinə endirib.

 

Bankın açıqlamasınd,  “Faiz endirimi bu çətin dövrdə şirkətləri və istehlakçı etibarını dəstəkləyəcək, şirkətlərin və ailələrin nağd axışını gücləndirəcək, maliyyə xərcini salacaq və maliyyəyə çıxışı yaxşılaşdıracaq” deyilir.

 

Koronavirusdan qaynaqlanan iqtisadi şokun diametrinin qeyri-müəyyən olduğu qeyd edilən açıqlamada, İngiltərədə iqtisadi fəaliyyətlərin gələcək aylarda əhəmiyyətli miqyasda azala biləcəyinə diqqət çəkilib.