ABŞ Mərkəzi Bankının (Fed) sədri Janet Yellen, faizlərin çox sürətlə artırılmasının inflyasiyanın hədəfdən (2%) aşağı qalmasına səbəb ola biləcəyini deyib
Yellenə görə, faizlərin çox sürətlə artırılması inflyasiyanın mərkəzi bankın 2 faiz olan hədəfindən aşağı qalmasına səbəb ola bilər.
“Marja” xəbər verir ki, Yellen Çərşənbə axşamı günü etdiyi açıqlamada, “İnflyasiyanın aşağı getməsinə və zamanla mərkəzi bankın inflyasiya hədəfinə çatmamasına icazə vermək olduqca təhlükəli ola bilər. Bu istiqamətdə bəzi işarələr var” deyib.

O, faizlərin çox uzun müddət aşağı səviyyələrdə saxlanılmasının da mənfi cəhətlərinə diqqət çəkib. Yellen iqtisadi vəziyyətdən asılı olaraq, faizlərin mərhələli və yavaş-yavaş artırılmasının tərəfdarıdır.

71 yaşlı Yellen fevral ayında vəzifə müddəti başa çatanda Feddən ayrılacaq. Senat tərəfindən təsdiq olunarsa Fed-in yeni sədri Jerome Pauell olacaq.