İlon Maskın komandası şirkətin yeni səhmlərini satmağı düşünür.

Trend xəbər verir ki, İlon Mask bu yolla “Twitter” şəbəkəsinin borcunu ödəməyi və 3 milyard dollar məbləğində maliyyə vəsaiti cəlb etməyi nəzərdə tutur.

Dekabr ayında sahibkarın nümayəndələri artıq investorlarla danışıqlar aparıblar. Onlar alınan vəsaitlə ən bahalı kreditlərin ödənəcəyini bildiriblər.