Bu axşam Bakı vaxtı ilə saat 22:00-da ABŞ Mərkəzi Bankın Mart ayı iclasının protokolları açıqlanacaq.
“Marja” xəbər verir ki, Fedin iclas protokolları bazarlar üçün əhəmiyyətli olacaq. Protokolların, Mərkəzi Bankın gələn ayki toplantısında faiz artırıb-artırmayacağına dair sualları aradan qaldırması gözlənilir.

 DOLLARA NECƏ TƏSİR EDƏ BİLƏR?

Protokollarda Fed-in İyun ayında faiz artıracağına işarə olarsa, bu, dolların yüksəlməsinə səbəb ola bilər.
Bundan başqa, protokollarda balansın azaldılmasına dair ifadələrin yer alıb-almadığı da önəmli olacaq.

 

Növbəti Fed iclası 14 İyunda baş tutacaq və investorlar bu iclasda faizin artırılacağına yüksək ehtimal verirlər.

Filadelfiya Fed Sədri Harker, Fed-in İyun ayında faiz artırmasının yaxın ehtimal olduğunu deyib.