ABŞ-ın texnologiya nəhənglərindən “Google”ın ana şirkəti “Alphabet”in səhmləri rekord qırıb.
Marja” xəbər verir ki, dünən Nyu-York Birjasında “Alphabet”in səhmi 5,3 faiz bahalaşaraq 1275 dollara qədər qalxıb. Səhmin dəyəri şirkət tarixində ən yüksək səviyyəyə çatıb.
Bu nəticə ilə, ABŞ-ın ən dəyərli 3-üncü şirkəti mövqeyinə gələn “Alphabet”in bazar dəyəri 44 milyard dollar artımla 871 milyard dollara yüksəlib.
Analitiklər, “Alphabet”in dünən açıqlanan ikinci rüb balansının bazar gözləntilərini geridə qoyduğuna işarə edərək, şirkətin səhmlərinə olan tələbatın artdığını bildiriblər.
“Alphabet”in dünən açıqlanan balansında, şirkətin bu ilin ikinci rübündəki gəlirlərinin keçən ilin eyni dövrünə nisbətən 25,6 faiz artaraq 32,66 milyard dollara yüksəldiyi bildirilmişdi.