“Goldman Sachs” bankı may ayında ABŞ-ın fond bazarında yeni çöküşün olacağını proqnozlaşdırmışdır. İndi isə analitiklər S&P 500 indeksinin böyüyə biləcəyini iddia edirlər.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın ictimai şirkətlərinin indeksinin üç aya 2400 bəndədək enəcəyi gözlənilirdi. Hazırda analitiklər ən pis halda S&P 500 indeksinin 2750 bəndədək enə biləcəyini bildirirlər (5% çoxdur).

“Güclü bərpa indeksin 2400 bəndə qədər enməyəcəyini göstərir. Pul-kredit siyasəti və fiskal dəstək mümkün enişi təxminən 10% məhdudlaşdırır. İlin sonunda bu göstərici 3000 bənd təşkil edəcək”, – mesajda deyilir.

Bununla yanaşı, “Goldman Sachs” qısamüddətli perspektivdə səhmlərin gəlirliliyinin “ən yaxşı halda” sıfıra bərabər olacağını qeyd edir.