Qlobal investisiya bankı “Goldman Sachs”ın iqtisadçıları ABŞ Mərkəzi Bankının (Fed) 2022-ci ilin İyul ayında faizi artıracağını təxmin edirlər.

Marja xəbər verir ki, bankın iqtisadçılarının əvvəlki proqnozu Fed-in 2023-cü ildə faiz artıracağı istiqamətində idi.

ABŞ-da inflyasiyanın yüksəlməsi təşkilatların pul siyasətinə dair proqnozlarını dəyişmələrinə səbəb olur.

Bankın iqtisadçıları qiymətli kağız alışlarının azaldılmasına dair proqramın bitməsinin ardından Fed-in pul siyasəti faizini artıracağını qeyd ediblər.

İqtisadçılar ikinci faiz artırımı üçün 2022-ci ilin Noyabr ayını nəzərdə tuturlar.