İngiltərənin baş naziri Tereza Mey (Theresa May) ölkəsinin Avropa İttifaqından (Aİ) ayrılacağını və Aİ üzvlüyünün heç bir şərtini qəbul etməyəcəklərini bildirib. “Bloomberg” agentliyinin verdiyi xəbərə görə, bu açıqlamanı T.Mey “Sky News” kanalına müsahibəsində verib.

“İngiltərənin Avropadan deyil, Avropa İttifaqından ayrılır”, – deyə baş nazirin müsahibəsindən sonra funt sterlinqin ABŞ dollarına qarşı məzənnəsi 0,8% geriləyərək 1,2180 USD/GBP-yə düşüb.

“Öz sərhədlərimizə və qanunlarımıza nəzarət edə biləcəyik. Aİ-ni tərk edirik. Artıq Aİ üzvü olmayacağıq. Problem, Aİ ilə İngiltərə arasında yeni dönəmdə necə bir münasibətlərin yaranacağı ilə bağlıdır”, – deyə T.Mey qeyd edib.

Xatırladaq ki, İngiltərə hökuməti martın sonunda “Brexit” müzakirələrinə başlayacaq. Müzakirələrdə Aİ ilə münasibətlərin sərt və yumşaq variantları nəzərdən keçiriləcək.

“Report”un analitik qrupu hesab edir ki, funt sterlinqin ucuzlaşması 1,14 USD/GBP səviyyəsinə qədər davam edəcək.