Funt-sterlinq, Böyük Britaniyanın “Brexit”ə dair mövqeyini sərtləşdirməsindən sonra Dollar qarşısında 1.30 səviyyəsindən aşağı enib.
“Marja” xəbər verir ki, Böyük Britaniyada keçiriləcək İyun seçkisinə dair sorğuların, Baş nazir Tereza Mein (Theresa May) mümkün qələbəsi ehtimalının gözləniləndən aşağı olduğunu göstərməsi funt-sterlinqin düşməsinə səbəb olur.

Funt-sterlinq, “Optimal Research”ün keçirdiyi ən son sorğusunun ardından mühüm bazar pullarının hamısı qarşısında ucuzlaşıb.

Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) naziri David Deyvis, ittifaqdan çıxılmasının xərcinin 100 milyard avronu (120 milyard dollar) aşması durumunda İngiltərənin danışıqları sona çatdıracağını bildirib.
Sterlinq/dolar məzənnəsi, Bazar ertəsi günü əməliyyatlarda  1.30 səviyyəsindən aşağıenib. İngilis Funt-sterlinqi, Dollar qarşısında 0.52 faiz minusda 1.2968 səviyyəsindən əməliyyat olunub.