ABŞ Mərkəzi Bankı Fed-in Boston şöbəsinin sədri Erik Rosengren, ABŞ iqtisadiyyatında həddən artıq “qızmanın” önünə keçmək üçün Fed-in 2017-ci il ərzində cəmi 4 dəfə faiz artırmağa hazır olmasının vacibliyini bildirib.

Rosengren, Federal Açıq Bazar Komitəsinin (FOMC)  İyun, Sentyabr və Dekabr aylarında faiz artırmağa hazır olmalarının lazım olduğunu söyləyib.

 

Fed işsizlik və inflyasiya hədəflərinə yaxınlaşır. Fed Mart toplantısında bu ili ilk faiz artırımını edib.

 

San-Fransisko Fed Sədri John Williams da, bu il faizin üç dəfədən çox  artırıla biləcəyini deyib. Beləliklə, iki Fed rəsmisi “daha sürətli” faiz artırılmasına  işarə edib.