ABŞ Mərkəzi Bankı Fed-in Klivlend şöbəsinin sədri Loretta Mester, inflyasiya təzyiqlərinin artması ilə bərabər, Fed-in faiz artırmağa indi başlamasından “rahat” olduğunu bildirib.

Mester, “Əgər iqtisadiyyat getdiyi şəkildə davam edərsə, bu nöqtədə faizlərin artması barəsində rahatam” deyib.  “Mənim fikirim faizlərin zamanla mərhələli olaraq artırılması istiqamətindədir”- şəklində bildirib.

Mester, “Məncə, iqtisadiyyatın hazırkı durumu faizləri yüksəltmək lazım olduğunu gündəmə gətirir. Amma onu deyə bilərəm ki Fed-də heç kəs sərt bir şəkildə faiz artırmağı düşünmür” deyib.

 

Marja