ABŞ Mərkəzi Bankı Fed-in Klivlend şöbəsinin sədri Loretta Mester, “Ağ Evin tez-tez atdığı “tweet”ləri Fed-in siyasətinə təsir edə bilməz” – deyib..
Marja” xəbər verir ki, məşğulluğun güclü olduğunu deyən Mester, inflyasiya gözləntilərinin çox sabit vəziyyətdə olduğunu bildirib.
Mester, “Əlavə gömrük tarifləri iqtisadiyyat üçün potensial risk doğurur. Ancaq ABŞ iqtisadiyyatının təməlləri çox güclüdür. İnsanlar Fed-in siyasətlərinin qiymət sabitliyini geri qaytaracağına inanmış vəziyyətdədirlər” ifadəsini istifadə edib.
Fed-in Dekabrda faiz hədəfi 2-2.5% təşkil edir. Master, “Faizi barədə proqnozum uzunmüddətdə 3 faiz səviyyəsindədir” – deyib.
Mesterın bu il Federal Açıq Bazar Komitəsində (FOMC) səsvermə hüququ var.