ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini sabit saxlayıb.

AZƏRTAC FED-ə istinadla xəbər verir ki, uçot dərəcəsi 0-0,25 faiz səviyyəsində saxlanılıb.

Qeyd edək ki, FED 2020-ci ildə ABŞ-da işsizlik üzrə proqnozu 3,5 faizdən 9,3 faizə qədər, 2021-ci ildə – 3,6 faizdən 6,5 faizə qədər artırıb.

Xatırladaq ki, ABŞ-ın mərkəzi bankının funksiyalarını yerinə yetirən FED apreldə də illik uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.