ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell, Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və ABŞ Xəzinə Naziri Steven Mnuchin ilə görüşüb.

 

“Marja” Fed-dən verilən açıqlamaya istinadən xəbər verir ki, görüşdə iqtisadiyyat, iqtisadi artım və məşğulluq mövzuları müzakirə edilib.

 

Açıqlamada, görüşdə Powell-in şərhlərinin keçən həftə Konqresdə etdiyi çıxışlarına paralel olduğu vurğulanıb, pul siyasəti gözləntiləri ilə əlaqədar danışmayıb. Powell pul siyasətinin tamamilə məlumatlara söykənən bir yolda davam edəcəyini bildirib.

 

ABŞ  Prezidenti Donald Tramp isə “Twitter” hesabından etdiyi paylaşmada, “Powell ilə Ağ Evdə çox yaxşı və səmimi bir görüş keçirdik. Faizlər, mənfi faizlər, aşağı inflyasiya daxil hər şeyi danışdıq. Ayrıca Dolların gücü, emalata təsiri Çin və AB ilə ticarəti danışdıq“,- yazıb.