ABŞ Mərkəzi Bankının (Fed) Sədri Cerom Pauel (Jerome Powell) Konqresdəki təqdimatında koronavirusun Çin və qlobal iqtisadiyyata təsirlərini yaxından izlədiklərini bildirib. 

“Marja” xəbər verir ki, yarımillik təqdimatda danışan Pauel ticarətə bağlı qeyri-müəyyənliklərin azaldığı mühitdə virus təhdidinin ortaya çıxdığını, ancaq ABŞ iqtisadiyyatının qlobal çalxantılara qarşı müqavimətli olduğunu dilə gətirib.

 

Pauel Fed-in 2019-cu ildəki ardıcıl faiz endirimlərinin ardından pul siyasətinin yaxşı mövqedə olduğunu bildirib.

 

Pauel ABŞ iqtisadiyyatının ümumi vəziyyətinə dair müsbət mesajlar verib. Fed sədri, iqtisadiyyatın mülayim sürətdə artdığını, məşğulluq bazarının güclü olduğunu, inflyasiyanın da bir neçə ay ərzində  2%-ə yaxınlaşacağını ifadə edib.

 

Fed rəsmiləri son dövrdə koronavirusa dair narahatlıqlarını tez-tez gündəmə gətiririblər. Fed 7 Fevralda dərc olunan Yarım illik Pul Siyasəti Hesabatında da, virusu, ticarətə və əmtəə qiymətlərinə mənfi təsir etmə potensialı olan “yeni bir risk” olaraq xarakterizə etmişdir.