ABŞ Mərkəzi Bankı Fed-in Nyu York şöbəsinin sədri William Dudley Fed-in iqtisadiyyatda artımı  yaxın zamanda bitirəcək addım atmasının aşağı ehtimal olduğunu söyləyib. Dudley mövzuya dair “Fed-in yaxın zamanda iqtisadi artımı dayandıracaq addımlar atması ola biləcək deyil, çünki inflyasiya artıq bir problem  deyil” şərhini edib. 

Nyu Yorkda bir konfransda danışan Dudley iqtisadi böyümənin davam edəcəyidə optimist olduğunu söyləyib.

Dudley dollardakı güclənmənin idxalat qiymətlərinin aşağı düşməsinə səbəb olacağını və yerli istehsalçının qiymətləri artırmaq imkanını məhdudlaşdıracağını qeyd edib. Dudley həmçinin məşğulluq “qaynaqları” üzərində təzyiqin artdığını, ancaq bunun yavaş bir şəkildə reallaşdığını söyləyib. Dudley “İqtisadi artımın daha bir neçə il davam edəcəyindən optimistəm” ifadəsini istifadə edib.

İnflyasiya hal-hazırda Fedin hədəfindən aşağıdır. Fed rəsmiləri yeni ABŞ Prezidenti Donald Trump-ın iqtisadi siyasətlərinin necə olacağını və bu siyasətlərin iqtisadiyyata təsirlərini görmək istəyirlər.

8 Noyabrdakı prezident seçkisindən bu yana birjalar və faiz nisbətləri iqtisadi inkişaf və inflyasiyada artım gözləntilərilə yüksəlib.  Dekabr ayı yığıncağında FOMC üzvləri bu il üçün 3 faiz artımı nəzərdə tutmuşdur.

marja.az