ABŞ Mərkəzi Bankının (Fed) 19-20 Mart tarixli yığıncağının protokolları dərc olunub.

“Marja” xəbər verir ki, protokollarda, “Üzvlərin çoxuna görə, risklər 2019-da faizləri sabit saxlamağı tələb edir”, – qeyd edilib.

Protokollarda, “Bəzi üzvlər faiz barədə fikirlərinin iki istiqamətdə də dəyişə biləcəyini vurğuladı. Bir çox üzv gəlir əyrisinin üfüqiləşməsindən narahatdır. Üzvlər ümumiyyətlə səbirli yanaşmanın məqsədəuyğun olduğu barədə razılaşdılar. Əksər üzv xərcləmələrdəki zəifliyin davam etməsini gözləmir. Bir çox üzv səbirli yanaşmanın davamlı nəzərdən keçirilməsini istəyir. Fed üzvləri, zəif inflyasiya təzyiqlərinin səbəbləri üzərində müzakirə apardılar. Bir çox üzv artan borcluluq nisbətlərinə diqqət çəkdi. Üzvlər qlobal vəziyyətlə bağlı əhəmiyyətli qeyri-müəyyənliklərə işarə etdilər”,- ifadələrinə yer verilib.