ABŞ Mərkəzi Bankı (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) 7-8 Noyabr tarixli yığıncağına aid protokollar dərc olunub.

 

Marja” xəbər verir ki, protokollarda, təxminən bütün Fed üzvlərinin yaxın zamanda faizin artırılacağını gözlədiyi qeyd edilib. Protokollarda pul siyasəti üçün əvvəldən təyin olunmuş bir “çığır” olmadığı, risklərin aşağı və yuxarı istiqamətli olaraq balanslı olduğu vurğulanıb.

 

Protokollarda, Fed üzvlərinin az qala hamısının mərhələli faiz artırmaq siyasətini uyğun hesab etdikləri, trendin üzərində iqtisadi artımın orta müddətdə yavaşlayacağını nəzərdə tutduqları ifadə edilib.

 

Yığıncaqda ticarət, şirkətlərin borcluluğu və aşağı inflyasiya riskləri danışılıb.

Bəzi üzvlər qeyri-maliyyə  şirkətlərininin borcluluq vəziyyətləri barədə narahat olduqlarını dilə gətiriblər.

 

İclasda maaşlardakı artımın  2% inflyasiya hədəfilə uyğun olduğu açıqlanıb.

 

Qeyd edək ki, Fed-in Dekabr ayında faiz artıracağı gözlənilir. 2019-cu ildə isə Fed-in “iqtisadi artımın yavaşlamasına görə” faiz artırmağa fasilə verəcəyi gözlənilir.