Fed rəsmiləri, 2019-cu ildə balansın kiçildilməsi proqramının dayandırılacağını, faizin artırılmasına fasilə veriləcəyini qeyd ediblər.
“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankının (Fed)  29-30 Yanvar iclasının protokolları Çərşənbə günü açıqlanıb. Bu protokollara görə, demək olar ki, bütün rəsmilər bu il balansın azaldılmasının dayandırılmasının yaxşı olacağını düşünür. Bu vəziyyət, balansı azaltmağın iqtisadiyyata zərər verəcəyini düşünən sərmayəçilər tərəfindən məmnunluqla qarşılanıb.

Bəzi investorlar Fed-in bir sonrakı hərəkətininin faiz endirmək olacağını düşünür. Protokollar, Fed rəsmilərinin təkrar faiz endirimi məsələsində bölünmüş vəziyyətdə olduğunu göstərib. Protokollarda faiz endiriminə dair bir işarə yoxdur.

 

Protokolların ardından ABŞ səhmləri xəfifcə yüksəlib, 10 illik xəzinə istiqrazlarının faizi 2.64%-ə qalxıb və dollar itkilərini geri alıb.
Bir neçə Fed rəsmisinə görə, “əgər iqtisadiyyat gözlədikləri şəkildə gedərsə” faizi bu ilin qarşıdakı dövrlərində artırmaq olar.

Digər bir neçə rəsmiyə görə, əgər inflyasiya daha da yüksələrsə faizi artırmaq lazımdır.