Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankı (Fed) Bakı vaxtı ilə 23:00-da faiz qərarını açıqlayacaqdır.

“Marja” xəbər verir ki, iclasda faizlərin artırılmayacağı gözlənilir. Lakin, Fed-in ritorikasının az da olsa sərtləşəcəyi gözlənilir. İqtisadçılar, Mart ayı toplantısında Fed-in faiz artıracağını gözləyirlər.

Bir qrup iqtisadçılar hesab edirlər ki, Fed-in bu gün Mart ayında faizləri artıra biləcəyinə işarə etməsi qiymətlərə ciddi təsir göstərməyəcəkdir. Çünki, faizlərin Mart ayında artırılacağı ehtimalı indiyədək qiymətlərdə (o cümlədən dolların məzənnəsində) əks olunub.

Fed-in bu il Mart, İyun və Dekabr toplantılarında faiz artıracağı gözlənilir.

Qeyd edək ki, bu gün Fed-in faiz qərarından sonra mətbuat konfransı keçirilməyəcəkdir. Faiz artırılan iclasdan sonra Fed mətbuat konfransı keçirir.