FED-in faiz artımı gözləntiləri fonunda EUR/USD və GBP/USD məzənnələri də yenidən ucuzlaşır. Almaniya, İsveçrə, Britaniya və Avrozonadan açıqlanacaq önəmli statistik göstəricilər isə bu gün investorların diqqət mərkəzində olacaqdır.

 

Dünya birjalarında dolların qiyməti yenidən bahalaşmağa başlayıb. Maliyyə bazarlarında Amerika Mərkəzi Bankının cari il ərzində faiz artıracağı gözləntiləri dollara olan tələbatı yenidən artırıb.

 

EUR/USD məzənnəsi keçən həftə 1.0620$-a kimi bahalaşdıqdan sonra 1.0521$-a kimi ucuzlaşıb.

 

Azərbaycanın investisiya şirkəti “İnvestAZ” bildirir ki, məzənnə 1.0480$-a kimi də ucuzlaşarsa, 1.0420 və 1.0340$-a kimi də ucuzlaşa bilər. GBP/USD məzənnəsi də artıq yenidən 1.2238$-a kimi ucuzlaşıb və 1.2114$-a kimi də ucuzlaşa bilər.

 

Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 11:00, 12:15, 12:30 və 14:00-da müvafiq olaraq Almaniya və Türkiyənin sənaye istehsalı həcmi, İsveçrənin pərakəndə satış dövriyyəsi, Böyük Britaniyada mənzil qiymət indeksi və Avrozonanın işsizlik səviyyəsinin açıqlanması investorların diqqət mərkəzində olacaqdır.

marja.az