ABŞ-da açıqlanmış insflyasiya göstəricisindən sonra Fed-in bu il faiz artıracağı ehtimalı 50 faiz səviyyəsinə yüksəlib.

“Marja” xəbər verir ki, bundan əvvəl, Fed fond nisbəti müddətli kontraktları, Fed-in bu ilin sonuna qədər faiz artıracağı ehtimal 22% idi.

ABŞ-da inflyasiya proqnozlardan yüksək artaraq Fed-in hədəfinə (2%) bir addım da yaxınlaşıb. Əmək Nazirliyinin məlumatına görə, ABŞ-da inflyasiya aylıq 0.4%, illik 1.9% artıb. Gözlənti aylıq 0.3%, illik 1.8% artım idi.

Aşağı inflyasiyaya görə Fed-in faiz artıracağı ehtimalı aşağı düşmüşdü.