Qlobal investisiya bankı Goldman Sachs Inc.-ın iqtisadçıları ABŞ Mərkəzi Bankı Fed-in 2018-ci ildə 4 dəfə faiz artıracağını gözləyirlər.

“Marja” xəbər verir ki, iqtisadçılara görə, ABŞ iqtisadiyyatı 2018-də böyük bir ehtimalla inflyasiyanı daha geniş miqyaslı dəstəkləyəcək və qiymətlər yüksələcəkdir. Bu vəziyyət də gələn il dörd dəfə faiz artırmağı tələb edəcəkdir.

Goldman Sachs-ın baş iqtisadçısı Yan Hatzius, investisiya bankının ABŞ iqtisadiyyatının 2018-ci ilə dair iqtisadi artım proqnozunu 2.5%-ə qaldırdığını və 2018-ci ilin sonuna işsizlik proqnozunu isə 3.7 faiz səviyyəsinə endirdiyini bildirib.

Bank, Oktyabrda 4.1 faiz olan ABŞ-da işsizlik nisbətinin 2019-ci ilin sonlarına doğru 3.5%-ə düşəcəyini düşünür. Bu səviyyə 1960-cı ilin sonlarında qeyd edilən ən aşağı işsizlik nisbətidir.