ABŞ Mərkəzi Bankı Fed-in 2017-ci ildə üçüncü dəfə faiz artıracağı qəti görünmür.
“Marja” xəbər verir ki, treyderlərin inamının azalmasının səbəbi ötən Cümə günü açıqlanmış ABŞ-da İyun inflyasiya və pərakəndə satışlar göstəricilərinin məyus etməsi və Fed sədri Janet Yellenin inflyasiyaya dair “göyərçin” açıqlamalarıdır. Fed sədri bildirib ki, inflyasiya aşağı qalarsa faizin artırılması təxirə salınacaqdır.

Treyderlər, mərkəzi bankın (Fed) faizi 1.25% – 1.5% aralığına qaldıracağına dair inamını itirir. ABŞ Mərkəz Bankı (Fed) İyun ayında faizi 25 bənd artıraraq 1,00-1,25 faiz aralığına qaldırmışdı. Bundan əvvəl faizlər Mart ayında artırılmışdı.
İl sonuna qədər faizin daha bir dəfə artırılacağı ehtimalı, Fed maliyyələşmə nisbəti müddətli müqavilələrinə görə, 5 İyuldakı təxminən 60%-dən 45% səviyyəsinə enib.