ABŞ Mərkəzi Bankının əfsanəvi sədri Alan Greenspan-a görə, Amerika birjası və istiqrazlaında “köpük” yaranıb.

“Marja” xəbər verir ki, 1987-ci ildən 2006-cı ilə qədər ABŞ Mərkəzi Bankının (Fed) “sükanı” arxasında olaraq 19 il ərzində ABŞ-ın pul siyasətinə istiqamət verən Greenspan, “ABŞ-ın səhmlər bazarında və istiqrazlarda “köpük” var” deyib.

Greenspan, “Bloomberg Television”a verdiyi müsahibəsində bildirib ki, gələcəkdə qeyri-sabit bir vəziyyət yarana bilər.

Alan Greenspan, “ABŞ-ın büdcə kəsirinin problem olduğunu qəbul etməliyik” – deyib.

Greenspan, səhm qiymətlərinin düşə biləcəyi barədə xəbərdarlıq edib.