ABŞ Mərkəzi Bankı Fed-in Sankt-Luis şöbəsinin Sədri Ceyms Bullard, Fed-in balansını 2017-ci ilin 2-ci yarısında kiçiltməyə başlatmağı istədiyini söyləyib.

“Marja” xəbər verir ki, Bullard, Tokiodakı çıxışının ardından mətbuat nümayəndələrinə verdiyi açıqlamada, balansın kiçildilməsi üçün qiymətli kağızların geri qaytarılmasının tərəfdarı olduğunu qeyd edib.

Bullard, vaxtı bitən qiymətli kağızların qaytarılmasının faizlər üzərindəki təsirinin kiçik miqyaslı olacağını sözlərinə əlavə edib.
Qeyd edək ki, Fed yeni qiymətli kağılzarın alışını bir müddətdir dayandırmışdı, lakin vaxtı bitən qiymətli kağılzarı yenidən alırdı.

Sankt-Luis Fed sədri, “Siyasət faizində olmağımız lazım olan yerə çox yaxınıq” şəklində danışıb.

 

Fed-in balansını kiçiltməsi Dolların daha da bahalaşması ilə nəticələnə bilər. Çünki, qiymətli kağızlar alınaraq dövriyyə buraxılmış Dolların bir hissəsi yenidən geri yığılacaq.

2008 böhranından sonra Fed istiqrazlar alaraq dövriyyəyə çox aşağı faizlə pul kütləsi “nasoslamışdı”. Bunun nəticəsində Fed-in balansı 4.5 trilyon dollara qalxmışdı. İndi Fed istiqrazları geri qaytararaq balansı kiçiltməyi hədəfləyir.

Sankt-Luis Fed sədri Ceyms Bullard, balansın 2 trilyon dollar ətrafında olması lazım olduğunu deyib.