ABŞ Prezidnti Donald Tramp, Fed-in faizi çox sürətli yüksəltdiyini, ancaq çox yavaş aşağı saldığını bildirib. 

 

ABŞ Prezidenti Donald Trampın ABŞ Mərkəzi Bankına (Fed) və sədri Cerom Pauelə (Jerome Powell) dair şikayət və tənqidlərinə davam edir.

 

“Marja” xəbər verir ki,  Tramp, “Fox Business Network”a verdiyi müsahibəsində, Fed-in faizi çox sürətli yüksəltdiyini, ancaq çox yavaş aşağı saldığını deyib.

 

Fed sədri Cerom Paueldən məmnun olmadığını da ifadə edən Tramp, “İndi daha aşağı faizə ya da daha aşağı Fed faizinə sahib olmamız lazım idi” deyib.

 

Tramp, “Fed sədri çox əhəmiyyətli bir vəzifədir. Məni məyus edir. Baxın, bütün vəziyyətdən məmnun deyiləm” bildirib.

 

ABŞ iqtisadiyyatının çox yaxşı bir performans göstərdiyini qeyd edən  Tramp, “Ancaq daha yuxarıda ola bilərdik” deyib.