ABŞ Mərkəzi Bankının (Fed) Noyabr iclası başa çatdı. İqtisadçıların gözlədiyi kimi, Fed faiz dərəcəsini  dəyişmədi.

 

Marja” xəbər verir ki, Fed faizləri 2,00%-2,25% aralığında sabit saxlayıb, ancaq faizlərin artırılmasının mərhələli davam edəcəyinin siqnallarını verib.
Fed-in, ABŞ-ın iqtisadiyyatının və əmək bazarının güclü olduğuna dair açıqlaması Dekabr ayında faiz artırılacağı gözləntisini gücləndirib.
Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) Noyabr iclasının qərar mətnində, iqtisadi fəaliyyətin güclü bir şəkildə davam etdiyi, risklərin tarazlı vəziyyətdə olduğu, işsizlik nisbətinin azaldığı və inflyasiya hədəfinin çox az miqdarda dəyişdiyi bildirilib.

 

Güclü iqtisadi artım, yüksək gömrük tarifləri və artan maaşlar inflyasiyanı dəstəkləyir.
Federal Açıq BAZAR Komitəsinin (FOMC), Vaşinqtonda keçirdiyi iki gün davam edən toplantıdan sonra verdiyi açıqlamada, “iqtisadi fəaliyyətin güclü bir nisbətdə artmaqda olduğunu” və məşğulluq artımlarının “güclü olduğunu” qeyd edib və düşən işsizlik nisbətinə diqqət çəkib. Digər tərəfdən, Fed, “daha mərhələli” faiz artıracağı sözünü təkrarlayıb.
FOMC açıqlamasında, risklərin “demək olar ki, balanslı” göründüyünü qeyd edib və beləliklə Sentyabr iclasında istifadə etdiyi dili dəyişdirməyib.
Fed rəsmiləri, Dekabr ayındakı iclasda 2018-ci ilini dördüncü faiz artırımı üçün açıq qapı buraxıb.Fed 2018-ci ildə artıq 3 dəfə faiz artırıb.