ABŞ-ın mərkəzi bank funksiyasında olan Federal Ehtiyat Sistemi (FED) 21 sentyabr 2022-ci il iclasında uçot dərəcəsini 75 baza bəndi (0,75%) artırıb.

Bu barədə “APA-Economics” tənzimləyicinin rəsmi səhifəsinə istinadən xəbər verir.

Bununla da, uçot faiz dərəcəsi 2,50%-dən 3,25%-ə qaldırılıb.

Qeyd edək ki, birjaların böyük hissəsi bu iclasda FED-in 75 baza bəndi artıracağını gözləyirdi. FED bununla da, il ərzindəki 6 iclasın ard-arda beçində uçot dərəcəsini artırıb.