Fed rəsmiləri, bu ayın əvvəlində keçirdikləri siyasət toplantısında, durğun inflyasiya şəraitində yaxın perspektivdə (Dekabrda) faiz artırmağı nəzərdə tutublar.

Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı Fed-in pul siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsinin (FOMC) 31 Oktyabr – 1 Noyabrda keçirdiyi toplantının protokollarına görə, “İştirakçıların çoxu gələn informasiyaların ortamüddətli mənzərənin böyük dərəcədə dəyişmədiyini göstərməsi vəziyyətində, federal fond nisbətini (Fedin faizi) dekabrda artırılmasını düşünür”.

ABŞ-da işsizlik səviyyəsi 16 ilin ən aşağı səviyyəsindədir, ancaq inflyasiya Fed-in 2 faiz olan hədəfindən olduqca aşağı qalmağa davam edir.

Protokollar, Fed rəsmilərinin əmək bazarına və iqtisadi artıma olan inamlarının davam etdiyini, ancaq bəzi rəsmilərin qiymət artımlarının (inflyasiyanın) sürətlənəcəyinə dair daha güclü işarələri gözlədiyini göstərib. Hətta bir neçə Fed rəsmisi, faizlərin yenidən qaldırılmasından əvvəl, inflyasiyanın yüksəlmə yolunda olduğunu görmək istəyir. Bu vəziyyət, FOMC üzvləri arasında davam edən parçalanmaya işarə edir.

Fed rəsmiləri 2018-ci ildə faizin üç dəfə artırılmasını nəzərdə tutur, ancaq bu, iqtisadi göstəricilərin Fed-in gözləntilərini qarşılaya biləcəyi vəziyyətində reallaşa bilər. Analitiklər, mərkəzi bank rəsmilərinin 12-13 Dekabrdakı toplantıda iqtisadi proqnozları azaldıb-azaltmayacaqlarını  yaxından izləyəcəklər.