ABŞ Mərkəzi Bankı (FED) 18 dekabr 2024-cü il tarixində faiz qərarını açıqlayacaq. 

Marja.az xəbər verir ki, FED-in bu həftə faiz dərəcələrini 0,25 bənd də aşağı salacağı gözlənilir.

İnvestorlar iclasdan sonra keçiriləcək mətbuat konfransında FED sədri Cerom Pauelin verəcəyi açıqlamalarda bankın gələcək siyasətləri ilə bağlı ipuclarının axtaracaqlar.

Son zamanlar dünyada artan geosiyasi risklər, Cənubi Koreya və Fransada dərinləşən siyasi böhranlar bazarlara da təsir edir. Ötən həftə ABŞ-da açıqlanan makroiqtisadi məlumatlardan alınan siqnallar inflyasiya ilə mübarizənin gözləniləndən daha uzun müddət çəkə biləcəyinə dair narahatlıqları artırıb.

ABŞ-da açıqlanan məlumatlar iqtisadiyyatın “yumşaq eniş” edə biləcəyi gözləntilərini gücləndirsə də, FED-in gələcəkdə aparacağı siyasətlər ilə bağlı sual işarələri qalmaqdadır.

Yanvarın 20-də ABŞ prezidentliyinə başlayacaq Donald Trampın siyasətlərinin iqtisadiyyata mümkün təsirləri ilə bağlı qeyri-müəyyənlik davam edərkən, investorlar Trampın siyasətləri ilə FED-in atacağı addımlar arasında uyğunsuzluq ola biləcəyindən də narahatdırlar.