ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) azad bazarlara son qoyub. Bir sözlə, maliyyə bazarları heç vaxt əvvəlki vəziyyətə qayıda bilməyəcəklər.
Cümə axşamı günü “zibil” reytinqli korporativ istiqrazların alışının başlanğıcı elan edilmişdir.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl FED korporativ borcları almağa heç vaxt cəsarət etməyib, lakin mart ayında koronavirusun yayılması və iqtisadiyyatın çökməsi fonunda bu addımı atmaq qərarına gəldi.

Bildiyimiz kimi, FED özü şirkətləri kreditləşdirmək hüququna malik deyil, buna görə aktivləri alacaq SPV şirkətini maliyyələşdirəcəkdir.
Beləliklə, azad bazarlara son qoyuldu. Düşünülmüş və məsuliyyətli investisiya artıq heç kimə lazım deyil. Aydındır ki, tənzimləyici bu addımı atmağa məcburdur, lakin bu fakt heç nəyi dəyişmir.