“Societe General”ın strateqlərinə görə Fed, 2019-un ikinci yarısında faiz artırmağa fasilə verəcək.
Marja” xəbər verir ki, “Societe General” strateqlərinin yazdığı bir hesabata görə, ABŞ Mərkəzi Bankının (Fed) Dekabr ayında faiz artırması “qəti olmaqdan uzaq”dır. Hesabatda, 2019-un ilk yarısında Fed-in daha iki dəfə faiz artıracağı və sonra ilin qalanında fasilə verəcəyi qeyd olunub.
Hesabatda, Fed-in faiz artırmağı dayandıracağı ilə bağlı olaraq ABŞ-da təsiri azalan maliyyə təşviqlərinə və   iqtisadi artımın yavaşlayacağına işarə edilib.
Hesabatda, “2019 böyük bir ehtimalla bizi faiz artırımının sonuna bir addım da yaxınlaşdıracaqdır” deyilir
və ABŞ iqtisadiyyatının yəqin ki, 2020-nin ilk yarısında durğunluğa girəcəyi qeyd edilib.
Məşğulluğun 2019-da yaxşılaşması ilə birlikdə artan maaşların şirkətlərin gəlir marjalarına təzyiq göstərəcəyi və bunun iqtisadiyyatın artmasının yavaşlamasına səbəb olacağını qeyd edən “Socgen” strateqləri, Fed-in 2019-da faizin 3%-ə çatmasının ardından dayanacağını gözləyir.