ABŞ Mərkəzi Bankı (Fed) 2019-ci ilə dair iclas təqvimini açıqlayıb.
Marja” Fed-dən verilən açıqlamaya istinadən xəbər verir ki, Federal Açıq Bazar Komitəsi (FOMC)  hər il olduğu kimi gələn il də 8 dəfə toplanacaq.
FOMC iclaslarının 2019-ci ildəki tarixləri: 29-30 Yanvar, 19-20 Mart, 30 Aprel-1 May, 18-19 İyun, 30-31 İyul, 17-18 Sentyabr, 29-30 Oktyabr, 10-11 Dekabr.
Həmçinin açıqlamada FOMC toplantılarının ardından Fed sədri Jerome Pauellin mətbuat konfransı keçirəcəyi bildirilib.
Fed-in bu il qalan 5 iclası isə 12-13 İyun, 31 İyul-1 Avqust, 25-26 Sentyabr, 7-8 Noyabr və 18-19 Dekabr tarixlərində keçiriləcəkdir.